10 ayda “ASAN xidmət”ə 8,5 milyon müraciət daxil olub

10 ayda “ASAN xidmət”ə 8,5 milyon müraciət daxil olub
  10 Dekabr 2019    Oxunub:4673
Bu günə qədər "ASAN xidmət" mərkəzlərinə 34 milyondan çox müraciət daxil olub.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Agentlik rəhbəri bildirib ki, bu müraciətlərin 8,5 milyonu məhz cari ilin 10 ayı ərzində qeydə alınıb.
Ü.Mehdiyevin sözlərinə görə, bu ilin 10 ayı ərzində aparılan rəy sorğularının nəticəsinə əsasən, "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların məmnuniyyət əmsalı 99,4 faiz təşkil edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ASANxidmət   Müraciət  





Xəbər lenti