“Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır” - Azay Quliyev

“Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır” -    Azay Quliyev
  12 Dekabr 2019    Oxunub:2338
"Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsi üçün göstərdiyi hərtərəfli dəstək və bu dəstəyin bundan sonra da davam edəcəyi barədə verdiyi son açıqlama ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdir olunur".
Azvision.az xəbər verir ki, bunu 5-ci çağırış Milli Məclisin deputatı, QHT Şurasının sədri Azay Quliyev "Twitter" hesabında yazıb.

"Təəssüflər olsun ki, baş vermiş bu bədbəxt hadisədən özünün cılız siyasi məqsədləri üçün istifadə edənlər, Fondun bu nəcib və xeyirxah addımını qaralamaq məqsədilə siyasi şou düzəldənlər də var. Hesab edirəm ki, sağlamlıq durumu kritik olan bir şəxsin həyatı ilə manipulyasiya etməyə heç kimin haqqı yoxdur. Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır. Bütün bunlara rəğmən xeyirxah əməlini davam etdirdiyinə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür edir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm", - deyə A.Quliyev əlavə edib.



Azvision.az



Teqlər: AzayQuliyev   QHT-Şurası  





Xəbər lenti