Paşinyan sabiq prezidentlərdən intiqam alır - Hədəf “Qarabağ klanı”dır?

Paşinyan sabiq prezidentlərdən intiqam alır -  Hədəf “Qarabağ klanı”dır?
  12 Dekabr 2019    Oxunub:8548
Ermənistanda hökmranlıq edən "maydançı" və qrant yeyənlərin qrupu korrupsiyaya qarşı mübarizə adı altında ölkənin keçmiş rəhbərliyinə qarşı "xaç yürüşü"nü davam etdirir. Amma, maraqlısı odur ki, Paşinyan və onun tərəfdarlarının zərbələri altına məhz "Qarabağ klanı"nın nümayəndələri düşür.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatında dərc edilmiş "Paşinyan seçə-seçə keçmiş prezidentləri hədəfə alır" adlı məqalədə deyilir.

Məqalədə xatırladılır ki, sabiq prezident Robert Koçaryanın cinayət işinə müstəntiqlər tərəfindən 3 milyon dollar rüşvət iddiası əlavə edilə bilməyəndən sonra Ter-Petrosyanın tərəfdarları ona qarşı 2008-ci ilin mart ayında "İrəvan - maydan" aksiyasının zorla dağıdıldığına görə "konstitusiya quruluşunu devirmə" kimi absurd ittiham irəli sürdülər.
Koçaryan Vovaeviçin istəyi ilə yenidən istintaq təcridxanasına qaytarıldı, bundan sonra Paşinyanının hədəfi Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan oldu.

Sarkisyan fermerlərə dəstək layihəsi çərçivəsində dövlətə dizel yanacağı tədarükü üçün tenderin düzgün keçirilməməsində ittiham olunur. Tender zamanı yaranan vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün xarakterikdir. Dizel yanacağının ən aşağı qiymətlərini təklif edən şirkətin əvəzinə, tenderdə şişirdilmiş qiymətləri seçilən və Sarkisyanın yaxın dostunun rəhbərlik etdiyi şirkət qalib olub, bununla da dövlətə bir milyon dollardan çox ziyan dəyib.

Sabiq prezident Serj Sarkisyana gəlincə, qeyd edilib ki, Ermənistan konstitusiyası dövlətin yüksək vəzifəli şəxslərinə qarşı keçmiş işlərlə bağlı cinayət işi açılmasını birbaşa qadağan edir. Paşinyanın əhatəsində olan ekspertlər isə "fərq etməz, bu, boş bir rəsmiyyətdir, impiçment haqqında müddəadan istifadə edərək, onu mühakimə edəcəyik", deyirlər.

İndiyə qədər impiçment fəaliyyətdə olan prezidentə tətbiq olunub. Keçmiş prezidentə impiçment elan etmək artıq nonsens yox, dəlilikdir.

Əgər Paşinyan və ətrafındakıların Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri o qədər qaşınırsa, o zaman konstitusiyaya düzəlişlər etsinlər. Hərçənd, bu addım "arı bala qarşı" deyiminə bənzəyə bilər, çünki Paşinyan həmişə baş nazir postunu tutmayacaq və özü də bir gün belə hallarla qarşılaşacaq. Beləliklə, bu maraqlı ssenarinin yox olduğunu hesab etmək olar.

Məlum olduğu kimi, Paşinyan əksər hallarda qanunun tələblərini, nəzakət qaydalarını tamamilə rədd edir. Məsələn, Vovaeviçin tərəfdarlarına may müraciətini götürək - respublikanın məhkəmə orqanlarının işini bloklamaq. Göründüyü kimi hakimlər, "Maydan"ın baş nazirinin istəyi ilə vəzifələrini tərk etmək istəmirlər, qanuna görə isə "inqilabçının" və ətrafındakıların hakimləri işdən azad etmək səlahiyyəti yoxdur - "imkan verək, onlarla xalq məşğul olsun".

Serj Sarkisyan dizel yanacağına görə niyə məzh indi ittiham olunur? Axı, sonradan eks-baş nazir olan sabiq prezident əslində, Paşinyana gümüş sinidə hakimiyyəti verdi. Görünür, intiqam hissi Paşinyanın hərəkətlərinə, davranışlarına çox güclü şəkildə nüfuz edib.

Yenidən, Sarkisyana qayıdaq. 2008-ci ilin fevral seçkilərində Ermənistanın üçüncü prezidenti məhz Sarkisyan idi. Həmin vaxt Paşinyanın tapşırıqlarını icra etdiyi Levon Ter-Petrosyan da daxil olmaqla, rəqiblərinə qalib gəlmişdi. Beləliklə, rəsmi olaraq Sarkisyan da "1 mart" işinin iştirakçısı hesab edilir və buna görə "konstitusiya quruluşunu dəyişməyə cəhd" adı verilən işə görə Paşinyanın həbs cəzası almasında "günahkar" olub.

Ancaq bu, yeganə məqam deyil. Maraqlıdır ki, son vaxtlara qədər Paşinyan Sarkisyanla hesab çəkməyə tələsmirdi, onu sona saxlamışdı, əvvəlcə ən çox nifrət etdiyi Koçaryanla haqq-hesab çəkməyi qərara aldı. Sarkisyan isə süpürgə arxasında siçan kimi səssizcə oturmaq əvəzinə, noyabrın sonunda Xorvatiyada qəflətən Paşinyan və onun komandasını sərt tənqid etdi.

Sarkisyan populistlərin hakimiyyətə gəlməsinin məsuliyyətini öz üzərinə götürmədən, Paşinyanın konstitusiya və demokratik normaları pozduğuna, şəxsi səbəblərə görə siyasi təqiblərə, cəmiyyətin inkişafında hər hansı uğurunun olmadığına dair bəyanatlar verdi.

Serj, həmçinin bildirdi ki, Ermənistanla Avropa İttifaqı arasında münasibətlər onun prezidentliyi dövründə qoyulmuş təməl üzərində inkişaf edir. İkincisi, Sarkisyan Bakıya Dağlıq Qarabağın heç vaxt Azərbaycana qayıtmayacağına dair mesaj göndərdi. Üçüncüsü, Paşinyanı kiçik və çox intiqamlı diktator kimi Avropa ictimaiyyətinə təqdim etdi.

Məqalənin yekununda qeyd olunub ki, 2008-ci ilin mart hadisələrinin bir nömrəli təşkilatçısı və ideya müəllifi seçkiləri uduzan Levon Ter-Petrosyan olub, lakin onun məsuliyyətə cəlb olunmayacağı hər kəsə məlumdur. Çünki Paşinyanın hazırkı tərəfdarları onun işinin içindədirlər. Paşinyanın özü isə 11 il 5 ay əvvəl baş vermiş hadisələrə görə mühakimə olunmur. İkinci dəfə qanun eyni işə cəlb edilməyi qadağan edir, baxmayaraq ki, bəziləri edilməlidir. Ən azından "inqilabi məqsədəuyğunluq" səbəblərindən...

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşintan  





Xəbər lenti