FHN “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib

FHN “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib
  19 Dekabr 2019    Oxunub:3421
Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd oteldə baş vermiş şərti yanğının mənbəyinin müəyyənləşdirilməsi, kəşfiyyatın aparılması, zərərçəkmişlərin xilas edilməsi, otel əməkdaşlarının, eləcə də qonaqların toplanış yerinə təxliyəsinin təşkili, yanğının operativ söndürülməsi və təxliyə qaydalarının şəxsi heyətə öyrədilməsi olub.

Təlimin birinci mərhələsində baş verə biləcək fövqəladə hal zamanı otelin işçi heyəti üçün davranış qaydaları və atılacaq ilk zəruri addımlar barədə maarifləndirici xarakterli mühazirə-seminar keçirilib. İkinci mərhələdə isə Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin hadisə yerinə yönəldilməsi, insanların təxliyəsi və yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd xüsusi texnikası və 24 nəfərdən ibarət canlı qüvvəsi cəlb edilib. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti