MSK ən aktiv və ən passiv dairələri açıqladı
Azvision.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 15 min 792 nəfəri (40.89 %) səsvermədə iştirak edib.
Bundan əlavə, saat 17:00-a olan məlumata əsasən, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 1 520 133 nəfəri (30.57 %) səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Elvin Abdulqədirov
Azvision.az