Tramp: “Süleymani illər əvvəl öldürülməli idi”

  03 Yanvar 2020    Oxunub : 2125
 Tramp: “Süleymani illər əvvəl öldürülməli idi”
"Süleymani illər əvvəl öldürülməli idi. Bu illər ərzində minlərlə amerikalını öldürdü və ya yaraladı. Bir çoxunu öldürmək üçün plan hazırlayırdı".
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirərkən deyib.

"O, milyonlarla insanın ölümünə görə birbaşa və ya dolayısı ilə cavabdeh idi. İran bunu heç vaxt etiraf etməyəcək, amma İranda Süleymaniyə qarşı qorxu və nifrət vardı. Onlar liderlərinin dünyanı inandırmağa çalışdıqları qədər kədərli deyil. Süleymani daha əvvəl öldürülməli idi".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az

Teqlər: ABŞ   Tramp