285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  04 Yanvar 2020    Oxunub:3492
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

"Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".

Azvision.az



Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti