Talassemiyalı xəstələr üçün qanvermə aksiyası
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qan verməklə bağlı təşəbbüsünə qoşulan “Azərikimya” İstehsalat Birliyinin dəvəti ilə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən həyata keçirilən qanvermə aksiyasının son günündə İB-nin baş ofisinin və “Kimyalayihə” İnstitutunun 100-ə yaxın əməkdaşı qan verib. Bununla da “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan qurumlar üzrə qanvermə aksiyasında iştirak edənlərin sayı 350 nəfərdən artıq olmuşdur.
Təqdirəlayiq haldır ki, aksiyanın sonuncu günündə kimyaçılarla yanaşı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllüləri də yaxından iştirak ediblər.
Hər bir könüllü donor-kimyaçıdan qan yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra götürülüb.
Teqlər: