Bir yol qəzası ikinci faciə ilə nəticələndi
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. "VAZ 21015" markalı avtomaşınla "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəza baş verən əraziyə insanlar toplaşıb. Bu zaman yolda yarışan iki "VAZ 2107" markalı avtomobil kütlənin içərisinə girib. 4 nəfərin - 31 yaşlı Tovuz sakini Ədalət Mehdiyevin, Düyərli kənd sakinləri 31 yaşlı Hüseyn Balayevin, 31 yaşlı Araz Əhmədovun və 22 yaşlı Kamal Məmmədovun xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.
Ə.Mehdiyev tibbi müdaxilədən sonra evə buraxılıb. Düyərli kənd sakinləri - 31 yaşlı H.Balayev və 31 yaşlı A.Əhmədov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Teqlər: