"Yol polisinin rüşvət alması iddiaları əsassızdır" - Elşad Hacıyev
"Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hən hansı qanunsuzluq faktı aşkarlanmayıb".
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "Qoşa Park" yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.
Azvision.az
Teqlər: BŞBPİ