Çaylarda suyun səviyyəsi artıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 37 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 112 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 1 santimetr azalaraq 412, Şirvan məntəqəsində 2 santimetr azalaraq 247, Salyanda 3 santimetr azalaraq 204, Bankə məntəqəsində 12 santimetr azalaraq 189 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 137 santimetrə bərabər olub.
Azvision.az