Eldar Əzizovdan Prezidentə ənənəvi tort hədiyyəsi

Eldar Əzizovdan Prezidentə ənənəvi tort hədiyyəsi
  21 Dekabr 2013    Oxunub:1973
Prezidentin yaşına uyğun olaraq, bu dəfə hazırlanacaq tortun uzunluğu 52 metr olacaq.
Dekabrın 24-də Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda hər il olduğu kimi yenə də tort hazırlanır.

Artıq İcra hakimiyyətinin qarşısında bununla bağlı hazırlıq işləri də görülüb. AzVision.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti məlumat verib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hələ Gəncə icra başçısı olarkən yaratdığı ənənəni davam etdirir və Prezidentin yaşına uyğun olaraq, bu dəfə hazırlanacaq tortun uzunluğu 52 metr olacaq.

İcra hakimiyyətinin məlumatına görə, bu il tortun hazırlanmasında 24 mindən çox yumurta, 2 tondan çox un və eyni miqdarda şəkər, 300 kq qozdan istifadə edilir.

Tortun təntənəli kəsilmə mərasimindən sonra şəhər əhalisinə paylanacaq.


Teqlər:





Xəbər lenti