Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

  22 Dekabr 2013    Oxunub : 2104
Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Əgər adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir.
AzVision.az xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Beynəlxalq Avtovağzal Kompleksindən AzVision.az -a bildiriblər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

Əgər adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaqdır. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib, qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşdıqları halda Dispetçer məntəqəsinə müraciət edə bilərlər.

Teqlər: