Gəncədə yol qəzası: iki nəfər ağır yaralanıb

Gəncədə yol qəzası: iki nəfər ağır yaralanıb
  22 Dekabr 2013    Oxunub:1156
Gəncədə yol qəzası baş verib, iki nəfər ağır yaralanıb.
Gəncənin Üzeyir Hacıbəyov küçəsndə yol qəzası baş verib.

AzVision.az Kəpəz TV-ə istinadən xəbər verir ki, Gəncənin Üzeyir Hacıbəyov küçəsndə bazar günü, yolu keçmək istəyən ana və övladını hərəkətdə olan Qaz 3110 markalı avtomobil vurub.

Nəticədə hər iki şəxs ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, avtomobili Göygöl sakini İsa Mustafayev idarə edib.

Faktla bağlı polis tədqiqat aparır.


Teqlər:





Xəbər lenti