Yük maşını yoldan çıxaraq aşıb

Yük maşını yoldan çıxaraq aşıb
  23 Dekabr 2013    Oxunub:1131
Sabirabad rayonunda "A-Trans-Motors" MMC -yə məxsus qumla yüklənmiş "Shaqman" markalı yük maşını yoldan çıxaraq aşıb.

AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib.

Ağır yüklü avtomobilin təkəri sürüşərək yoldan çıxıb və çevrilib.

Sürücü hadisə yerindən qaçıb. Ona görə də polislər onun şəxsiyyətini dərhal müəyyənləşdirə bilməyiblər.

Qəza ilə bağlı yolda tıxac yaranıb. Qəzanın nəticələri aradan qaldırılıb.


Teqlər:





Xəbər lenti