“Shaqman” qəza törətdi: sürücü qaçdı

  23 Dekabr 2013    Oxunub : 480
“Shaqman” qəza törətdi: sürücü qaçdı
Hacıqabul-Bəhrəmtəpə yolunda təmir getdiyi üçün yük maşını idarəetməni itirərək aşıb.
Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib.

Belə ki, qumla yüklənmiş "Shaqman" markalı yük avtomobili yolda təmir işləri aparıldığı üçün avtomobilin təkəri sürüşüb. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Avtomobili aşıran sürücü hadisə yerindən qaçıb. Buna görə də polislər onun kimliyini müəyyənləşdirə bilməyiblər.

Qəza zamanı yolda müvəqqəti olaraq böyük tıxac yarandığı və az sonra qəzanın nəticələrinin aradan qaldırıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Teqlər: