Fəhləlikdən başlayan 50 yaşlı komitə sədri - FOTOLAR

Fəhləlikdən başlayan 50 yaşlı komitə sədri - FOTOLAR
  23 Dekabr 2013    Oxunub:2594
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğum günüdür.

AzVision.az-ın məlumatına görə, komitə sədri 50 illik yubileyini qeyd edir.

Yubilyar N.İbrahimov 1963-cü ilin dekabr ayının 23-də Naxçıvanda anadan olub. 1970-1980-ci illərdə orta məktəbdə təhsil alıb. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirib.

O, daha sonra 1985-ci ildə Nəvahi «AES»-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1985-86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986-1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləyib.

1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub.

1997-ci ilin mart ayından Azərbaycanın Ukraynda səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Moldova və Polşada, 1999-cu ilin fevralından isə Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilib.

2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərib.

2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Fövqaladə və Səlahiyyətli Səfir ranqı vardır. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP-ın üzvüdür.

Ailəlidir, iki övladı var.

A.RÜSTƏMOV

Qalereya




Teqlər:  





Xəbər lenti