Sumqayıtdakı atışmaya görə bir nəfər də tutuldu

Sumqayıtdakı atışmaya görə bir nəfər də tutuldu
  23 Dekabr 2013    Oxunub:1160
Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən daha bir şəhər sakini tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakini Cəlal Mikayılov tutulub.

Onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb. Bununla da tutulanların sayı 14-ə çatıb.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti