Gəncədə qadını girov götürən şəxs tutuldu

Gəncədə qadını girov götürən şəxs tutuldu
  23 Dekabr 2013    Oxunub:1147
Dədə Qorqud küçəsində mənzildə qadını girov götürən şəxs artıq zərərsizləşdirilib.
AzVision .az Kəpəz TV-ə istinadən xəbər verir ki, Gəncə şəhərində Dədə Qorqud küçəsində mənzildə qadını girov götürən şəxs artıq zərərsizləşdirilib. Müvafiq strukturlar ərazidə axtarış tədbirləri həyata keçirir.

Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb. O, evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vazkeçmək üçün bəzi tələblərinin olduğunu bildirir. Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.


Teqlər:  





Xəbər lenti