MSK partiyanın müraciətini təmin etdi

  01 Fevral 2020    Oxunub : 1561
MSK partiyanın müraciətini təmin etdi
Milli Məclisə seçkilərdə qeydə alınmış Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb.

İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Əli qızı Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Partiya   Deputat