“Özümü artıq yaxşı hiss edirəm” - Xanım Qafarova

“Özümü artıq yaxşı hiss edirəm” - Xanım Qafarova
  23 Dekabr 2013    Oxunub:1236
Türkiyədə müalicəsini davam etdirən əməkdar artist Xanım Qafarova bu həftə Azərbaycana qayıdacaq. Səhhətinin nisbətən yaxşı olduğunu deyən aktrisa AzVision.az-a bildirib ki, hələ ki, şüa müalicələri davam edir.

“Bu ayın ya 25-i, ya da 26- sı vətənə qayıdacağam. Həkimlər də deyir ki, vəziyyətim yaxşılığa doğru gedir. Özümü də yaxşı hiss edirəm. Bayramda burada qeyd etdikdən sonra yenidən müalicə üçün Türkiyəyə qayıdacam”-, deyə əməkdar artist bildirib.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktirisa müalicə üçün Türkiyəyə getmişdi.

Şəhanə Rəhimova


Teqlər:  





Xəbər lenti