Moskvada Ərbəin günü qeyd edildi

Moskvada Ərbəin günü qeyd edildi
  23 Dekabr 2013    Oxunub:1214
Rusiyada, Moskvada tanınmış ruhanilər və digər natiqlər Hicri-Qəməri təqvimi ilə 61-ci ildə baş vermiş hadisələri yad ediblər.
Dünyanın hər yerində olduğu kimi Moskvada da "Ərbəin" günü, İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarının 40-cı günü qeyd olunub. Şəhərin ibadət ocaqlarında və restoranlarda ehsan süfrələri təşkil edib toplaşan həmyerlilərimiz şəhidlər ağası, İslam carçısı İmam Hüseyni (ə) yad ediblər. Mərasim Qurani-Kərimlə başlayıb.

Rusiyada, Moskvada tanınmış ruhanilər və digər natiqlər Hicri-Qəməri təqvimi ilə 61-ci ildə baş vermiş hadisələri yad ediblər, o günlərin reallıqlarını möminlərə izah ediblər. Sonra hər kəs ehsan süfrəsinə dəvət olunub. Bu zaman da müzakirə olunan mövzu Kərbəla qəhrəmanlarının şücaətləri və verilən sualların cavablandırılması olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti