5 min ağac əkildi

5 min ağac əkildi
  24 Dekabr 2013    Oxunub:1203
Samuxda keçirilən aksiyada 5 min ağac əkildi.
Samux rayonunda “Hərəyə bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər idarə və müəssisə kollektivlərinin nümayəndələrinin iştirak etdikləri aksiyada 4 yaşayış ərazisində bir gündə 5 min ağac əkilib. Yeni əkilən ağacların suvarılması və onlara qulluq edilməsini idarə və təşkilatlar öz üzərlərinə götürüblər.

Keçən ilin payızından indiyədək rayonun park və xiyabanlarında 20 mindən çox ağac əkilib.


Teqlər:





Xəbər lenti