Ukraynanın müşahidə missiyası: “Qanun pozuntusu aşkar etmədik”

  10 Fevral 2020    Oxunub : 1633
Ukraynanın müşahidə missiyası: “Qanun pozuntusu aşkar etmədik”
"Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Prosesə müxtəlif siyasi qüvvələrin və partiyaların təmsilçiləri qatılıb. Biz qanun pozuntusu müşahidə etmədik".
Azvision.az xəbər verir ki, Ukrayna Parlamentinin müşahidə missiyasının nümayəndəsi Valeriy Kolyux deyib.

Onun sözlərinə görə, yeganə problem hava şəraiti ilə bağlı idi: "Buna baxmayaraq hava şəraiti bir o qədər maneə törədmədi. Seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirildi".

Ukrayna Parlamentinin nümayəndəsi Vladimir Kreydenko yerli müşahidəçilərin aktiv olduğunu qeyd edib.

Azvision.az

Teqlər: Ukrayna   Nümayəndə   Seçki