Jurnalistlərə evlərinin orderləri verildi - FOTOLAR

Jurnalistlərə evlərinin orderləri verildi - FOTOLAR
  24 Dekabr 2013    Oxunub:1230
Hazırda “Xəmsə” restoranında Azərbaycan Respublikası Prezidenti Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı mərasim keçirilir.
AzVision.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyalar naziri Əli Abbasov, KİV DF-nın sədri Vüqar Səfərli, millət vəkilləri Fazil Mustafa, Aqil Abbas, Qüdrət Həsənquliyev, ziyalılar və ev alan jurnalistlər iştirak edir.

Keçirilən tədbirdə jurnalistlər üçün tikilmiş binadan mənzil alanlara orderlər təqdim olunub.

Fotolar Rauf Arifoğlu tərəfindən çəkilib.

Sevinc İltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti