Yanğın söndürən hadisə zamanı həlak oldu

  25 Dekabr 2013    Oxunub : 891
Yanğın söndürən hadisə zamanı həlak oldu
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanğının söndürülməsi zamanı həlak olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanğının söndürülməsi zamanı həlak olub. AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 23-dən 24-nə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı zavodunun ərazisində yanğın baş verməsi barəsində məlumat daxil olub.

Məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb edilmişlər. Baş verən yanğın zamanı ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb.

Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçmuşdur. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olmuşdur. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Teqlər: