Xaçmazda maşın çaya düşüb, xəsarət alan var

Xaçmazda maşın çaya düşüb, xəsarət alan var
  25 Dekabr 2013    Oxunub:1114
Dekabırın 24-də axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Xaçmaz şəhər sakini Qeybullayev Cümşüd Əjdər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Qağacuq çayının üzərindəki körpüdən çaya düşüb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Axşam saatlarında Xaçmaz şəhəri ərazində daha bir yol nəqliyyat hadisəsi baş verib. 27 BB 357 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşınla 99 DM 429 dövlət qeydiyyatlı “Priora” markalı maşınla toqquşub. Bu qəzada xəsarət alan olmasa da minik maşınlarına ciddi ziyan dəyib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti