Orduda daşqaldırma birinciliyi keçirilib
Ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən 80 idmançının 14 komanda üzrə 6 çəki dərəcəsində mübarizə apardığı birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib.
Şəxsi hesabda kiçik çavuş Şamo Ələsgərov (60 kq. çəki dərəcəsində), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov (65 kq.), kiçik çavuş Taleh Şıxəliyev (70 kq.), əsgər İmar Qarayev (80 kq.), əsgər Elsevər Zeynalov (90 kq.) və kiçik çavuş Mübariz Balaşkişizadə (90 kq-dan artıq) birinci yerə layiq görülüblər.
Yekun nəticələrə əsasən komanda hesabında birinci yerə “Şəmkir”, ikinci yerə “Beyləqan” və üçüncü yerə “Bərdə” komandası çıxıb. Qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.
Azvision.az
Teqlər: MN