“Mallar cəhənnəmə, nisyə dəftərim yanıb” – “Binə”dən REPORTAJ

“Mallar cəhənnəmə, nisyə dəftərim yanıb” – “Binə”dən REPORTAJ
  25 Dekabr 2013    Oxunub:1909
Ötən gün axşam saat 9 radələrində “Binə” Ticarət Mərkəzində baş verən güclü yanğından sonra sahibkarların və mağazaların durumu ilə maraqlanmaq üçün ticarət mərkəzinə yollandıq.

Qarşılaşdığımız ilk mənzərə üst geyimlərini suyun içindən yığan mağaza sahiblərinin əsəbi və gərgin görünüşü idi. Fövqəladə Hallar Nazirliyi isə yanğın zamanı 45 mağazanın yandığını rəsmən açıqlasa da satıcılarla söhbət zamanı məlum oldu ki, təxminən 100- dən çox dükan yanıb.



Bunların da daha çox hissəsi geyim mağazaları olub. Sahibkarlar bildirdi ki, yanğınla bağlı hələ də ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova ilə görüşə bilməyiblər. Onların sözlərinə görə, hər il xeyli miqdarda sığorta pulu ödəslər də, bu dəfə yanğınla bağlı kompensasiya alacaqlarına ümid etmirlər.



Ziyana düşən mağaza sahibləri düşünürlər ki, yenə də hər şeyi özləri təmir etməli olacaqlar. Mağazada yanan əşyaların ən azı 100 min civarında olmasını nəzərə alsaq bunun sahibkarlara çox baha başa gələcəyini deyə bilərik.

Sahibkarla belə halda çox çarəsiz durumda qalıblar. Hətta nisyə dəftərlərinin yandığını belə deyən mağaza sahibləri yanğının baş vermə səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Onlar bir mağazada elektrik sobasının axşam yanılı vəziyyətdə qalması nəticəsində yanğının baş verdiyni düşünürlər.

Nəticədə həmin mağazadan başlayan yanğın gecə saat ikiyə kimi davam edib. Bu cür zərbədən sonra səhhətlərində problem yaşayan bir neçə dükan sahibləri üçün hətta təcili yardım da çağırılıb. Polisin həmçinin əşyaların bir qismini xilas etmiş sahibkarlardan oğurluq edən adamları həbs etdiyi bildirilir.



Jurnalist olduğumuzu biləndən sonra isə zərəçəkənlər danışmaqdan çəkinir , əvvəlcə kompensasiya alacaqlarına ümid etmədiklərini deyir , daha sonra isə tamamilə danışmaqdan imtina edirdilər.

Fövqaladə Hallar Nazirliyinin xilas etmə qüvvələri isə yanğının tam sönməsi üçün əmin olmağa çalışırdılar. Çünki bəzi obyektlərdə köz halında alovun izləri hələ də qalmışdı. Bəzi satıcılar isə mağazalardan yanmış əşyaları çıxarmaqla məşğul idi.

Ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova da öz növbəsində yanğınla bağlı kabinetində iclas keçirirdi. Mağaza sahibləri deyir ki , can yanğısı olmasa da , bu qədər əşyanın yanması elə onların canlarının yanamsına bərabərdir.

Şəhanə Rəhimli
Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti