Bakıda 4 İran vətəndaşı xəstəxanaya yerləşdirildi

 Bakıda 4 İran vətəndaşı xəstəxanaya yerləşdirildi
  25 Fevral 2020    Oxunub:3821
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Onlar bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.

"Yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir", - deyə məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: Xəstəxana   Koronavirus  





Xəbər lenti