MSK daha 14 məntəqənin nəticələrini ləğv etdi
MSK katibi bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13 və 20 saylı, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb.
A.Muxtarova təklif edib ki, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalıdır.
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Elvin Abdulqədirov
Azvision.az