İşıqların sönmə səbəbi açıqlandı

   İşıqların sönmə səbəbi açıqlandı
  27 Fevral 2020    Oxunub:2003
"Azərenerji" ASC elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev Azvision.az -a bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Azvision.az


Teqlər: Elektrik   Enerji   Bakı  





Xəbər lenti