Soyğunçular tutuldu
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, aparılan araşdırma nəticəsində hadisənin Astara rayon sakinləri Famil Həbibov və Hikmət Babayev tərəfindən törədilməsi müəyyən edilib.
Metronun “Xalqlar dostluğu” stansiyasının keçidində Bakı sakini Xədicə Şahverdiyevaya qarşı zor tətbiq edilərək mobil telefonu ondan alınmışdır.
Hadisəni törətmiş Gürcüstan vətəndaşı Vasili Bulbulaşvili Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Şabran rayonunda Günay Əliyevanın evindən pul oğurlanıb.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramin Əlipaşayev saxlanılıb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Teqlər: