Astarada əhali ilə görüş

Astarada əhali ilə görüş
  27 Dekabr 2013    Oxunub:1225
Astarada əhali ilə keçirilən görüşlərdə aqrar sahənin inkişafı və sosial məsələlərlə bağlı problemlər müzakirə edilib.
Astara rayonunun ən böyük yaşayış məntəqələrindən olan Şahağac kəndində əhali ilə keçirilən görüşdə aqrar sahənin inkişafı və sosial məsələlərlə bağlı problemlər müzakirə edilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayonun rəhbər işçilərinin iştirak etdikləri toplantıda qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində Astara rayonunda, o cümlədən Şahağac kəndində müəyyən işlər görülüb.

Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şahağac kəndini rayon mərkəzi ilə birləşdirən 18,5 kilometr uzunluğunda avtomobil yolu asfaltlaşdırılmış, kənddəki 2 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilmiş, yaşayış məntəqəsinə təbii qaz verilib.

Diqqətə çatdırılmışdır ki, rayonda aqrar sahəni inkişaf etdirmək, əmək resurslarından və torpaqlardan səmərəli istifadə olunması vacib məsələdir. Rayonun bəzi kəndlərində, o cümlədən Şahağacda torpaqlardan səmərəli istifadə olunmasına lazımi diqqət yetirilmir.

Bildirilmişdir ki, Sovet dönəmində 100 min tona yaxın tərəvəz məhsulları istehsal edən astaralılar keçmiş şöhrəti qaytarmalıdırlar. Bu məqsədə nail olmaq üçün rayonda torpağa münasibət dəyişməlidir. Aqrar sahənin inkişaf etdirilməsi üçün ölkəmizdə lazım olan bütün şərait yaradılıb. Hər il məhsul istehsalçılarına dövlət tərəfindən yardımlar verilir.

Görüşdə çıxış edən sakinlər kənddə aqrar sahənin inkişafı və sosial məsələlərin həlli ilə bağlı təkliflərini bildiriblər.


Teqlər:





Xəbər lenti