Bakı Metropolitenindən sərnişinlərə müraciət
"Metropolitenin sərnişinlərindən xahiş edirəm belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.
Elə bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən və həmçinin bir sərnişin kimi bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.
Ən əvvəl, bütün sərnişinlərdən xahişim budur ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını, vəzifələrini, deməli, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir".
O, qeyd edib ki, bəzən ictimai qınaq hər hanısa inzibati tədbirdən effektli, təsirli və maarifləndirici əhəmiyyətli vasitə olur: "Bir vətəndaş və sərnişin kimi, cəmiyyətimiz üçün günün həssas mövzusunu nə fərdi maddi, nə də, düşünülməmiş hərəkətlə ötəri və mənasız, mənəvi dəyəri olmayan maraq vasitəsi kimi istifadə olunmasını doğru görmürəm. Məncə, hər birimiz belə münasibətə də qarşı olmalıyıq".
Azvision.az
Teqlər: Metro