DİN: Repetitorlara cərimələrin tətbiq edilməsi həqiqəti əks etdirmir

      DİN:    Repetitorlara cərimələrin tətbiq edilməsi həqiqəti əks etdirmir
  09 Mart 2020    Oxunub:4571
"Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra "WhatsApp" ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repetitor müəllimləri ehtiyatlı olmağa çağırır. Səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repetitor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər".
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu, tamamilə əsassız və uydurma bir iddiadır:

"Bildiyiniz kimi Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repetitorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil. Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir".

Azvision.az


Teqlər: DİN   Səsyazısı  





Xəbər lenti