Komitə sədri toy və yas məclislərini təxirə salmağa çağırdı

  12 Mart 2020    Oxunub : 6239
 Komitə sədri toy və yas məclislərini təxirə salmağa çağırdı
Bir çox vətəndaşlarımız koronavirusla əlaqədar toy məclislərini təxirə saldıqlarını bildirirlər. Məclisləri təxirə salmayan bəzi şəxslər isə bunu məhdud şəkildə həyata keçirirlər.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "ASAN Radio"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, insanların toplaşdıqları əsas yerlər yas və toy mərasimləridir: “Qərargah tövsiyyə verib. İmkan daxilində toy və yas mərasimlərini məhdudlaşdırmağa çalışın. Burada inzibati amil metodlarından istifadə edilmir. Hər bir adam başa düşməlidir ki, koronavirusa qarşı məktəbləri, kütləvi tədbirləri dayandırırıqsa, 150-200 nəfərin olduğu xeyir tədbiri də təxirə salına bilər. Məscidlərdə də kütləvi camaat namazlarının az sayda insanla keçirilməsi tövsiyyə olunub. Başqa müsəlaman ölkələrində bu məhdudiyyətlər, tövsiyələr yerinə yetirilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Komitə   Mübariz-Qurbanlı   Toy   Məclis