Biləcəridə ağır yol qəzası, 4 yaralı

Biləcəridə ağır yol qəzası, 4 yaralı
  28 Dekabr 2013    Oxunub:1079
Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib, 4 yaralı.
Bakının Biləcəri qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, N saylı hərbi hissə yaxınlığında baş vermiş qəza nəticəsində Hüseyn Azər oğlu Məmmədovun idarə etdiyi VAZ 2107 markalı avtomobil Ceyhun Tanrıverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb VAZ 2107 markalı avtomobilin sürücüsü olub. Belə ki, o, “Mercedes Benz”in yoluna çıxaraq qəza şəraiti yaradıb. Nəticədə 4 nəfər yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Yol Polisi Xidmətinin Binəqədi rayonu şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti