Deputatdan informasiya təhlükəsizliyi ilə bağlı mühüm təklif

Deputatdan informasiya təhlükəsizliyi ilə bağlı mühüm təklif
  17 Mart 2020    Oxunub:10432
Milli Məclisin bu gün keçirilən plenar iclasında informasiya təhlükəsizliyi konsepsiyasının yaradılması təklif edilib.
Azvision.az xəbər verir ki, bu təkliflə millət vəkili Elşad Mirbəşiroğlu çıxış edib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat bildirib ki, müasir dövrdə aktuallığı və əhəmiyyəti ilə seçilən informasiya təhlükəsizliyi məsələsi milli təhlükəsizliyin əsas həlqələrindən birini təşkil edir.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamət üzrə qanunvericilik bazası mövcuddur və həmin bazaya istinad edərək informasiya təhlükəsizliyi konsepsiyasını hazırlamaq mümkündür.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti