Bayram günlərinin hava PROQNOZU

Bayram günlərinin hava PROQNOZU
  28 Dekabr 2013    Oxunub:1043
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərinin hava proqnozunu verib.
AzVision.az xəbər verir ki, proqnoza görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında səhər hava şəraitinin buludlu, bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15-17 m/s təşkil edəcək.

Havanın temperaturunun 4-6 dərəcə isti olacağı ehtimal olunur.
Gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir.

Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək. Küləyin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 31-dən yanvarın 01-nə keçən gecə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yanvarın 1-də səhər hava şəraitinin buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 17 m/s təşkil edəcək.
Havanın temperaturunun 3 dərəcəyədək isti olacağı gözlənilir.
Gündüz buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturunun 5 dərəcəyədək isti olacağı gözlənilir.

Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti