Bakıda işləyənlərin rayondan gəlişinə icazə veriləcək

  23 Mart 2020    Oxunub : 2950
 Bakıda işləyənlərin rayondan gəlişinə icazə veriləcək
Rayon qeydiyyatında olan vətəndaşlar Bakıda işlərinə davam edə biləcəklər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, bu məsələ Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənəcək.

"Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda, bir qərarla etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bütün işlər vətəndaşların xeyrinə həll olunacaq. Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: