Jurnalistlər Yeni ili necə qarşılayacaq? - SORĞU

  29 Dekabr 2013    Oxunub : 3300
Jurnalistlər Yeni ili necə qarşılayacaq? - SORĞU
2013-cü il, saat 24.00... Yolkalar bəzənib, süfrələr qurulub.. Saat birə bir dəqiqə işləyir...Hamı bir-birini Yeni il münasibətilə təbrik edir, bir-birinə hədiyyələr verir, ən gözəl diləklərini arzulayır...

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə cəmi iki gün qalıb. Kimlər bu bayramı evində, doğmaları, yaxınları ilə birgə qeyd edəcək, kimlərsə də Yeni ili ölkə hüdudlarından kənarda keçirəcəklər.
Bəs, jurnalistlər necə bayramı necə qeyd edəcəklər?

AzVision.az jurnalistlər arasında sorğu keçirib.

“Evimdən kənarda olmağı xoşlamıram”



Cavid İsmayıl, APA informasiya agentliyinin redaktoru

“Yeni ili, həmişə olduğu kimi, Bakıda ailəm və yaxınlarımla birgə keçirəcəyəm. Bayram günlərində, il təhvil olduğu günlərdə evimdən, ocağımdan kənarda olmağı xoşlamıram. Bayram tətilindən isə çoxdandır görmədiyim dostlarımla görüşmək, qohumlarımı ziyarət etmək üçün istifadə etməyi planlaşdırıram. Həmkarlarımı və onların timsalında bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm. Bayramlarınız mübarək!”

“Bayramda da iş başında olacağıq”



Zülfiyyə Quliyeva, jurnalist

“Bayramı ailəmlə birgə evdə qarşılayacağıq. Amma tətil günlərində Şəkiyə, Ağcakəndə getməyi planlaşdırırıq. Jurnalistlərin xüsusilə internet mediada çalışanların işi həmişə çətin olur. Saytımıza xəbərlər hazırlayıb qoyacağıq evdə qalan günlərdə də. Ona görə də yəni tam istirahət də saymaq olmaz. Bizim peşəmiz elədir ki, gərginlik bayram günlərində də davam edir. Amma bununla belə çalışacağıq ki, bayramı xoş ovqatla qarşılayaq. Çünki ataların məsəli var ki, Yeni ili necə qarşılasan elə də yola salassan . Üzümüzə gələn ilin bütün jurnalistlər üçün, xalqımız üçün düşərli olmasını arzulayıram. Jurnalistlər bayramda da ürəkləri istəyən kimi dincələ bilməsələr də, peşəmizə olan sevgi bizə bunu unutdurur. Yəni bu peşəni sevərək çalışanlar hər zaman onun əziyyətlərinə də qatlaşmağa hazırdılar. Hər kəsin bayramı mübarək!”

“Yeni ili Baltikyanı ölkələrdən birində keçirmək istərdim”



Kamil Həmidov, parlament müxbiri

“Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü həmişəki kimi ailəmlə bir yerdə-Qobudakı mənzilimdə qeyd edəcəm. Yeni ili ailəmdən kənarda qeyd etməyi və keçirməyi xoşlamıram, istəyirəm ki, hər Yeni ili onlarla bir yerdə keçirim və qarşılayım. Onu da deyim ki, bir neçə il öncəyə kimi Yeni ili rayonumuzda-kəndimizdəki evimizdə ailə üzvlərimlə birgə keçirirdim, ancaq artıq bir neçə ildir ki, Qobudakı şəxsi evimdə keçirirəm. Bununla belə, gələcəkdə istərdim ki, Yeni ili ailə üzvlərimlə birgə Baltikyanı ölkələrdən birində qeyd edim”.

"Bu bayram da rayonda olacam"



Pərvin Abbasov, Femida.az-ın baş redaktoru

"Yeni ili doğma məkanda - Cəlilabad rayonunda ailəmlə, doğmalarımla qarşılayacam. Bayram günlərini də elə rayonda olacam".

“Şahdağda ayaq basmağa yer yoxdur”



Elnur Məmmədli, “Qafqazinfo” portalının redaktoru

“Təbii ki, yeni ili hər birimiz evimizdə ailələrimizlə birlikdə qarşılayacağıq. Amma tətil günləri var ki, bu hər dəfə ələ düşmür. Onu səmərəli keçirməyi planlaşdırmışıq. 2 ya da 3 günlük şimal bölgəsinə getməyi düşünürük. Kollektiv şəkildə. Maraqlanmışıq İndi Şahdağda ayaq basmağa yer yoxdur. Bütün yerlər əvvəlcədən tutulub. Bu da Turizm xidmətinin cox aşağı vəziyyətdə olduğunu göstərir. Amma biz səfərimizdə hələ ki qərrlıyıq. Ən azından bir gun olsa belə Şahdağa gedib orda xizək sürəcəyik. Yeni ildə qar olmadısa o yeni il deyil ki. Heç olmasa uşaqlara qar göstərmək istəyirik”.

“Ailəmin yanında olmaq istəyirəm...”



Rövşən Danyeri, "Gündəlik Teleqraf" qəzetinin müxbiri

“Hələ qərar verməmişəm. Bir neçə variant var ki, iki gün ərzində bu barədə qərar verməliyəm. Bu variantlar arasında Azərbaycanın rayonlarından birinə getmək, xaricdə keçirmək və sadəcə ailəmin yanında olmaq var”.

“Ondan Yeni il hədiyyəsi gözləyirəm”



Xəyalə Rəis, “Kaspi” qəzetinin əməkdaşı

“2013-cü il mənim üçün uğurlu oldu. Ümid edirəm ki, 2014-də mənə uğur gətirər. Yeni ili nişanlımla keçirməyi düşünürəm. Bunun üçün hələ heç bir plan qurmamışam. Ayın 31-i nişanlımla şəhərə çıxacağıq. Sizin vasitənizlə demək istəyirəm ki, ondan yeni il hədiyyəsi gözləyirəm. Dekabrın 29-da Yeni ili “kaspi” qəzetinin yaradıcı heyəti ilə birlikdə yeni il şənliyi keçirəcəyik. Ötən il də bayramı redaksiyanın işçiləri ilə keçirdik. Teatrlardakı Yeni il şənlikləri davam edir. Yanvarın 4-nə kimi Uşaqlar üçün təşkil olunmuş şənlikdə iştirak edəcəm. Bayramları hər zaman teatrdakı aktyor dostlarımla keçirmişəm. Bu il isə fərqli şəkildə keçirəcəm. Özüm böyük olsam da Şaxta babanı, qar qızı xoşlayıram. Yeni ildə uşaq vaxtından sevirəm. Çünki bu bayramda çoxlu hədiyyələr qəbul edirəm”.

“Bu bayramın mənim üçün xüsusi bir özəlliyi də var”



Elgün Mənsimov, jurnalist

“Açığı düz üç gündür ki, bu barədə düşünürəm. Yeni ili fərqli keçirmək, ən əsası da əzizlərimlə birgə olmaq istəyirəm. Təəssüfləndirici haldır ki, dekabrın 31-i iş günüdür. Buna baxmayaraq, həmin günlə bağlı müəyyən planlarım var. Bu bayramın mənim üçün xüsusi bir özəlliyi də var. Ona görə ki, qarşıdan gələn 2014-cü ilə artıq nişanlı bir oğlan kimi daxil olacam. Çox güman ki, bayram günlərimə də məhz bu profildən yanaşacam. Burada bir qəliz məsələ var, o da hədiyyə seçimidir. Çünki ona konkret nə hədiyyə edəcəyimi müyyən edə bilməmişəm. Amma inanıram ki, qiyməti elə də böyük olmayan qeyri-adi bir hədiyyə ilə onu sevindirə bilərəm. Hazırda bunun yollarını axtarıram 
O ki qaldı bayramı harada qeyd etməyimizə, yəqin ki, şəhərdən kənara çıxmayacağıq. Sonrakı bayram günləri ilə bağlı da müxtəlif palnlarım olacaq. Bunları isə demək yox, həyata keçirmək istəyirəm.

Fürsətdən istifadə edib həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yenil il münasibətilə xalqımızı, xüsusən də həmkarlarımı təbrik edirəm. Hər zaman sevin, şərdən, böhtandan və saxtakarlıqdan uzaq olun!”

“ Ailəmlə keçirəcəm”



Hüseyn İbadlı, “Salamnews”-un müxbiri

“Hər il olduğu kimi, bu il də bayramı ailəmlə keçirəcəm. Ayın 31-i doğulduğum İsmayıllı rayonuna gedəcəm”.


Mirvari Nəcəf











Teqlər: