Fəvvarələr meydanında aksiya baş tutmadı - YENİLƏNİB

 Fəvvarələr meydanında aksiya baş tutmadı - YENİLƏNİB
  29 Dekabr 2013    Oxunub:1212
Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Bakıda keçiriləcək qanunsuz aksiya ilə əlaqədar polis qüvvələri “Fəvvarələr Meydanı”nı nəzarətə götürüb.

AzVision.az-ın məlumatına görə, hazırda ərazidə çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar sosial şəbəkələrdə bu gün saat 16:00-a razılaşdırılmamış aksiya təyin edilib.

**
Zaur Həsənovun ölümünə etiraz olaraq Fəvvarələr Meydanında az sayda insan etiraza qalxıb. Qanunsuz aksiyanın polisin müdaxiləsindən sonra qarşısı alınıb. İlk məlumatlara görə, aksiyada 30-a yaxın insan iştirak edib.

A.Rüstəmov

Qalereya




Teqlər:  





Xəbər lenti