Sumqayıtda yolkaya çıxan şəxs tutuldu

Sumqayıtda yolkaya çıxan şəxs tutuldu
  29 Dekabr 2013    Oxunub:1133
Sumqayıtda keçirilən bayram şənliyində yolkaya çıxmaqla icra başçsısına etiraz edən şəxs narkotik aulədəçisidir.
Bunu AzVision.az-a açıqlamasında Sumqayıt şəhər icra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev bildirib. Onun sözlərinə görə, icra başçısına etiraz edən şəxs polis tərəfindən saxlanılıb. İlkin ekspertiza zamanı Sumqayıt sakininin hadisəni törədərkən narkotik qəbul etdiyi məlum olub.

“Polisdə bizə verilən məlumata görə, həmin şəxs narkotik aludəçisi imi. Ekspertizanın ilkin rəyinə əsasən, yolkaya çıxarkən narkotik maddə qəbul edibmiş. Narkotim maddənin təsirindən ayıldıqdan sonra tutduğu əmələ görə peşman olduğunu deyib. Hadisə ilə bağlı araşdırma aparılır. Şəhər polisi bu barədə rəsmi məlumat verəcək”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti