FHN məlumat yaydı

FHN məlumat yaydı
  30 Dekabr 2013    Oxunub:1314
FHN Abşeronda aşkarlanmış döyüş sursatları ilə bağlı məlumat yayıb.
Abşeron rayonunda döyüş sursatları aşkarlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu Hökməli qəsəbəsinin yaxınlığında döyüş sursatları aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 2 ədəd 125 millimetrlik tank əleyhinə mərmi, 4 ədəd 100 millimetrlik top mərmisi, 1 ədəd 100 millimetrlik top mərmisinin fraqmentləri və 31 ədəd müxtəlif mərmilərin partladıcı döyüş başlıqlarıdır.

Aşkar edilən hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar edilməyib.


Teqlər:





Xəbər lenti