Deputatlar parlamentə maskada gəldilər, 2 metr aralı oturdular

Deputatlar parlamentə maskada gəldilər, 2 metr aralı oturdular
  30 Mart 2020    Oxunub:7001
Bu gün VI çağırış Milli Məclisin növbəti plenar iclası keçirilir.
Azvision.az -ın məlumatına görə, 16 məsələnin müzakirəyə çıxarılacağı iclas yeni vaxtda - saat 11:00-da başlayıb.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində deputatların yanaşı oturmalarına icazə verilməyib. Milli Məclis üzvləri iclas zamanı bir-birilərindən 2 metr aralıda əyləşməli olublar. Bəzi deputatlar iclasa tibbi maskada gəliblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti