Sərnişin sıxlığının müşahidə edildiyi rayon və şəhərlər

  02 Aprel 2020    Oxunub : 1850
 Sərnişin sıxlığının müşahidə edildiyi rayon və şəhərlər
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ictimai nəqliyyatda sərnişin sıxlığının müşahidə edildiyi rayon və şəhərlərin adlarını açıqlayıb.
Azvision.az -ın məlumatına əsasən, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu gün ictimai nəqliyyatdan istifadəyə görə ən çox sərnişin sıxlığı Gəncə, Mingəçevr şəhərlərində, Lənkəran, Quba, Şəki,Şəmkir, Gədəbəy, Yevlax, Bərdə rayonlarında müşahidə edilir.



“Gəncə şəhəri üzrə gündəlik 4 min sərnişin daşınır. Rayon və şəhər daxili avtobusların sayında azalma olmasa da, hələ də sərnişin sıxlığı müşahidə edilir. Bununla belə sərnişin sıxlığının azaldığı rayonlarımız da var. Goranboy rayonunda 90 faiz sərnişin sıxlığı azalıb. Astara, Lerik rayonları üzrə istədiyimiz nəticədən artığa nail olmuşuq”.

N.Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt-Abeşron halqası üzrə sərnişin sıxlığı müşahidə edilir.

Bakıdan Sumqayıt istiqaməti üzrə 8 müxtəlif marşurut xətti üzrə 30 avtobus hərəkət edir. Sərnişin sayı əvvəlki dövrlə müqayisədə 80 faizə qədər azalıb. Amma 20 faiz də çoxdur. Biz 95 faiz azalmaya nail olmaq istəyirik”.

Azvision.az

Teqlər: DANX   Sərnişin   Sıxlıq