`Volkswagen` qaz boru xəttinə çırpıldı

`Volkswagen` qaz boru xəttinə çırpıldı
  01 Yanvar 2014    Oxunub:1243
Lənkəranda "Volkswagen" qaz boru xəttinə çırpılıb, yaralanan var.
Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə minik avtomobilinin yanar hissəlləri yanıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılaraq Təcili Yardım Xidmətinə təhvil verilib.


Teqlər:





Xəbər lenti