Qaxda meşə yanğını söndürülüb

Qaxda meşə yanğını söndürülüb
  01 Yanvar 2014    Oxunub:1190
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Qax rayonunda dünəndən başlayan yanğının qarşısı alınıb. Lakin hələ də yanğın baş verən sahədə tüstülənmə müşahidə olunur. Yanğınsöndürən maşınlar əraziyə qalxa bilməyiblər, hadisə yerinə canlı qüvvə cəlb olunub.

Hazırda da yanğın baş verən ərazidə yanğınsöndürənlər işləyir. Yanğının sıx meşə massivinə keçib-keçmədiyi isə dəqiq bilinmir.


Teqlər:





Xəbər lenti