Bayram günlərində 4 mindən çox təcili yardım çağırışı olub
Məlumata görə, müraciətlərin sayı 40-50 faiz artıb. Hər gün üçün müraciətlərin sayı 1500-1600 olduğu halda, bayram günləri müraciətlərin sayı 2500-ə qədər artıb.
Dekabrın 31-də 2 min 497 çağırış, yanvarın 1-də isə 2 min 370 çağırış olub.
Çağırışların sayı əsasən böyüklərdə təzyiqlə bağlı çoxalıb, eyni zamanda uşaqlarla bağlı da çağırışların sayı artıb.
Bundan əlavə 22 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib ki, dekabrın 31-də 13 nəfər dəm qazından zəhərlənib. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 50 yaşında bir kişi isə ölüb.
Yanvarın 1-də isə 9 nəfər dəm qazından zəhərlənib, onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Ölüm hadisəsi qeydə alınmayıb.
Teqlər: